Qallas və Bentli iyunun sonunda “Tottenhem”dən gedir
10.06.2013 - 23:03
Qallas və Bentli iyunun sonunda “Tottenhem”dən gedir
İyunun sonunda “Tottenhem”i 2 futbolçusu tərk edəcək. Apasport.az saytının məlumatına görə, bunlar, müdafiəçi Vilyam Qallas və yarımmüdafiəçi Devid Bentlidir.

Hər iki oyunçunun müqaviləsinin müddəti başa çatdığı üçün komanda ilə yollarını ayıracaq.

Qeyd edək ki, Qallas 2010-cu ilin avqustunda “Arsenal”dan keçib. Fransa milli komandasının sabiq müdafiəçisi 78 matçda forma geyinib və 1 qola imza atıb. “Tottenhem” bir neçə oyunda kapitan sarğısını ona etibar edib.

Bentli isə 2008-ci ilin iyulunda “Blekbern”dən London klubuna transfer olunub. O, 62 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 5 top keçirib.