“Real”dan 2-ci transfer - FOTO
10.06.2013 - 23:31
“Real” baş məşqçi Joze Mourinyonun komandadan ayrılmasından sonra ikinci transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, həm çempionluqda, həm də Neymarı transfer etməkdə əzəli rəqibi “Barselona”ya uduzan “Kral klubu” “San-Paulo”nun yarımmüdafiəçisi Kasemironu rəsmən heyətinə qatıb.
Qış transfer pəncərəsində Madrid təmsilçisində icarə əsasında çıxış edən 21 yaşlı futbolçu “Real”la 4 illik müqavilə imzalayıb. Daha əvvəl Daniel Karvayalla anlaşan İspaniya klubu braziliyalı oyunçu üçün “San-Paulo”ya 6 milyon avro ödəyib. Lakin Kasemiro növbəti mövsümü “Real”ın əsas deyil, A komandasının heyətində keçirəcək.
Qeyd edək ki, Kasemiro “Real”ın B komandasında 15 oyunda forma geyinib. Ona Mourinyo yalnız “Betis”lə matçda şans vermişdi.

0
0