Millimizin rəqibi Xorvatiyaya qalib gəldi
11.06.2013 - 00:00
Millimizin rəqibi Xorvatiyaya qalib gəldi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Portuqaliya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Paulu Bentunun yetirmələri Xorvatiya ilə qarşılaşıb.

Görüş İsveçrədə baş tutub. Matçda azarkeşlər bir qola şahidlik edib. Oyunun 36-cı dəqiqəsində “Real”ın hücumçusu Kriştianu Ronaldonun vurduğu tək qol millimizin rəqibinə qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində Portuqaliya 14 xalla F qrupuna başçılıq edir. A qrupunda mübarizə aparan Xorvatiya isə 16 xalla ikinci sırada qərarlaşır.

Yoldaşlıq oyunu
10 iyun

Xorvatiya – Portuqaliya - 0:1
Ronaldo, 36