“Beşiktaş”ın bu işlə heç bir əlaqəsi yoxdur”
11.06.2013 - 01:28
“Beşiktaş”ın prezidenti Fikret Orman UEFA-nın Nizam-İntizam Komitəsinin “qara qartallar”ı bu il UEFA yarışlarından kənarlaşdırılması və danışılmış oyunlarda adı keçən keçmiş vitse-prezidenti, hazırda “Beşiktaş” prezidentliyinə namizəd olan Sərdal Adalı və komandanın keçmiş baş məşqçisi Tayfur Havutçunun futboldan kənarlaşdırılması ilə bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun rəhbəri ali futbol qurumunun bu qərarı onlar üçün şok olduğunu vurğulayıb.
O, komandasını və adı çəkilən şəxslərin müdafiəsində özü şəxsən duracağını ifadə edib: “UEFA-dan belə qərar gözləmirdik. İyunun 19-da gedib bununla bağlı tələblərimizi edəcəyik. Mən şəxsən ora özüm gedəcəyəm. “Beşiktaş”ın bu işlə heç bir əlaqəsi yoxdur. Həmçinin adı çəkilən Sərdal Adalı və komandanın sabiq baş məşqçisi Tayfur Havutçunun da günahının olmadığını bilirəm”.
Qeyd edək ki, UEFA-nın Nizam-İntizam Komitəsi “Beşiktaş”la bağlı iclası iyunun 21-də keçirəcək.

0
0