Alan Şirer: Mourinyo meydanda necə qalib gəlməsini yaxşı bilir
11.06.2013 - 03:05
Alan Şirer: Mourinyo meydanda necə qalib gəlməsini yaxşı bilir
“Mourinyonun yenidən “Çelsi”yə gəlişi, Aleks Ferqyussonun “Mançester Yunayted”dən gedişini qismən doldurur”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərə milli komandası və “Nyukasl”ın sabiq hücumçusu Alan Şirer deyib.

42 yaşlı mütəxəssis baş məşqçi Joze Mourinyonun yenidən “Çelsi”yə qayıldışını şərh edib: “Joze komandasının meydanda necə qalib gəlməsini yaxşı bilir. Biz növbəti mövsüm əla qarşılaşmaların şahidi olacağıq. “Çelsi”də Mourinyo, “Mançester Yunayted”də Devid Moyes, “Mançester Siti”də isə Manuel Pelleqrini. Bu komandalar arasında yaxşı döyüş olacaq”.

Qeyd edək ki, Şirer 1996-2006-cı illər arasında “Nyukasl”ın formasını geyinib. Alan 2009-cu ildə uzun illər heyətində çıxış etdiyi klubu çalışdırıb.