Danimarkalı qapıçı “Betis”ə keçdi
11.06.2013 - 04:01
İspaniyanın “Betis” klubu heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Sevilya təmsilçisi “Evian”ın qapıçısı Stefan Andersenlə anlaşıb.
“Betis” danimarkalı qolkiperlə “2+1” sxemi ilə müqavilə bağlayıb. Andersen gələn ayın əvvəli Sevilyaya gələcək.
Qeyd edək ki, 31 yaşlı əlcək sahibi 2011-ci ildən Fransa klubunun şərəfini qoruyur. 190 sm boya malik olan qapıçı 2004-cü ildən Danimarka milli komandasının heyətində çıxış edib. O, 21 matçda forma geyinib. Andersen 2 Avropa (2004, 2012) və 1 dünya çempionatında (2010) yığmasının heyətində mübarizə aparıb.

0
0