“Valensiya” əfsanəvi futbolçusu ilə yollarını ayırdı
11.06.2013 - 04:46
“Valensiya” əfsanəvi futbolçusu David Albelda ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin “yarasalar”la müqaviləsinin müddəti başa çatıb.
Lakin İspaniya klubu 15 ildir formasını geyindiyi Albeldanın komandada qalmasını istəməyib. “Valensiya” rəhbərliyi isə David ilə yenidən anlaşmadığının səbəbini açıqlamayıb. Yarımmüdafiəçinin hansı komandaya keçəcəyi isə yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, peşəkar futbol karyerasına (1996) “Valensiya”da başlayan Albelda 2 dəfə “Vilyareal”ın (1996-1997, 1998-1999) heyətində çıxış edib. David 2001-2008-ci illər arasında İspaniya millisinin (52 oyun) şərəfini qoruyub.
Albelda 15 il ərzində 2 dəfə La Liqanın, 1 dəfə UEFA kubokunun, 1 dəfə UEFA Super kubokunun, 1 dəfə Kral kubokunun və 1 dəfə də İspaniya Super kubokunun sahibi olub.

0
0