Mourinyo üçün hazırlanan xüsusi formalar satışa çıxarıldı - FOTO
11.06.2013 - 05:15
“Real”dan ayrılıb yenidən “Çelsi” ilə 4 illik müqavilə imzalayan Joze Mourinyo üçün London təmsilçisində xüsusi hazırlıqlar davam edir. Apasport.az saytının məlumatına görə, “zadəganlar”ın azarkeşləri tərəfindən də çox sevilən portuqaliyalı çalışdırıcı üçün xüsusi formalar klubun mağazalarında satışa çıxarılıb.
Ləqəbi “The Special One” olan 50 yaşlı mütəxəssis üçün üzərində 1 nömrəli “Special” yazılan formalar hazırlanaraq, alıcıların önünə çıxarılıb. Qiyməti 62 funt-sterlinq olan formalara azarkeşlər böyük maraq göstərir.
Qeyd edək ki, Mourinyo 2004-2007-ci illərdə “Çelsi”ni çalışdırıb.

0
0