“Con Terri “Çelsi”nin kapitanı olaraq qalacaq”
11.06.2013 - 05:40
“Con Terri “Çelsi”nin kapitanı olaraq qalacaq”
“Mən “Çesli”nin baş məşqçisi olanda, Con Terri komandanın kapitanı idi. O demək olar ki, bu klubda doğulub”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin yeni baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı mütəxəssis London təmsilçinin kapitanının kim olacağı ilə bağlı fikirlərini bildirib.

50 yaşlı çalışdırıcı Con Terrinin komandada yenidən kapitan olaraq qalacağını vurğulayıb: “Terrinin rolu meydanda qiymətə layiqdir. Mən komandanın oyunçular ilə danışdım və hamı belə qərarla razılaşdı. Yəni o, yenidən “zadəganlar”ın kapitanı olaraq qalacaq. Terri mənim, bütün klubun və onun azarkeşlərinin kapitanıdır”.