Luka Modriç “Real”dan getməyə hazırlaşmır
11.06.2013 - 06:22
“Real”ın yarımmüdafiəçisi Luka Modriç komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı futbolçu “Kral klubu”ndan getməyə hazırlaşmır.
Modriç mətbuatda gəzən informasiyanı təkzib edib: “Mən “Real”dan getməyə hazırlaşmıram, amma mənə digər klublar maraq göstərir. Hər bir uşaq “Real”da oynamağa arzu edir. Mən də istisna deyildim. Çünki indi mənim üçün burada belə imkanlar var və “Real”da qalacam. Təəssüf ki, Mourinyo “Kral klubu”nu tərk etdi. Mənim “Real” gəlməyimdə onun rolu böyük oldu. Mourinyo çox gözəl məşqçidir. Onunla işləmək şərəfi idi. Mən Jozeyə yeni işində uğurlar arzu edirəm”.
Qeyd edək ki, Modriç 2012-ci ildən “Real”ın şərəfini qoruyur. O, 33 matçda meydana çıxıb və rəqib qapılarından 3 top keçirib.

0
0