“İnter” Bakıya qayıdır
11.06.2013 - 09:59
İyunun 2-dən Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışı keçən “İnter” bu gün hazırlıqları yekunlaşdıraraq vətənə qayıdacaq. Apasport.az saytının məlumatına görə, “bankirlər” əvvəlcə Kartəpənin məxsus olduğu Kocaeli rayonundan avtobusla İstanbula gedəcək.
“İnter” ordan vətənə təyyarə ilə qayıdacaq. Komandanın İstanbuldan Bakıya yolçuluğu Bakı vaxtı ilə saat 18:00-dan etibarən başlayacaq.
Qeyd edək ki, “İnter” Türkiyə toplanışı müddətində əsasən fiziki hazırlıqlara fikir verib. Komanda qardaş ölkədə dünən 1 yoxlama oyunu keçirib ki, o da bakılıların “Kartalspor” üzərində 13:0 hesablı qələbəsi ilə yekunlaşıb. “İnter” Bakıda 3 günlük istirahətdən sonra Avstriyaya yollanacaq.

0
0