Boris İqnatyev: “Qəbələ”də yox, burada olanları aydınlaşdırmalıyam
11.06.2013 - 17:38
“Mənə fikirləşmək üçün fasilə götürmək lazımdır. Yuri Syomini hazırkı vəziyyətə qarışdırmaq istəməzdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının sabiq baş məşqçisi Boris İqnatyev deyib. Son vaxtlar çalışdırdığı “Torpedo”nun baş məşqçi postunda Vladimir Kazakovla əvəzləndiyini təsdiqləyən təcrübəli mütəxəssis ona klubda təklif olunan idman məsələləri üzrə vitse-prezidenti postu ilə bağlı rəhbərliyə cavab verməlidir.
Vaxtilə birgə işlədiyi Yuri Syominin “Qəbələ”də köməkçisi olacağını bir müddət öncə real varinat saymayan İqnatyev baş məşqçilikdən gedəndən sonra fərqli düşünür: “Hələ ki gələcək taleyimlə bağlı bir şey deyə bilmərəm. “Qəbələ”də yox, burada baş verənləri özüm aydınlaşdırmalıyam. Fikrimcə, 2, maksimum 3 günə “Torpedo” rəhbərliyinə cavab deyib, gələcək taleyimi müəyyənləşdirəcəyəm”.

0
0