İdman Arbitraj Məhkəməsindən “Malaqa”ya rədd cavabı gəldi
11.06.2013 - 19:27
İdman Arbitraj Məhkəməsi (İAM) Lozannada “Malaqa”nın müraciətini rədd edib. Apasport.az saytının məlumatına görə, İspaniya klubunun UEFA-nın qərarına qarşı çıxması əsassız qalıb.
Beləliklə, “Malaqa” yeni mövsümdə Avropa Liqasında mübarizə aparmayacaq və 300 min avro məbləğində cəriməni də ödəməli olacaq.
Qeyd edək ki, UEFA ötən ilin dekabr ayında “Malaqa”nı maliyyə ilə əlaqədar olaraq avrokubok oyunlarından uzaqlaşdırmışdı. Daha sonra onlar ali futbol qurumunun qərarına etiraz etdilər.

0
0