Ruslan Abışovun komanda yoldaşı “Beşiktaş”da
11.06.2013 - 19:50
Ruslan Abışovun komanda yoldaşı “Beşiktaş”da
“Beşiktaş” Azərbaycan millisnin dayaq yarımmüdafiəçisi Ruslan Abışovun komanda yoldaşı Gökhan Törə ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu 1 illik müddətinə “qara qartallar”ın heyətində çıxış edəcək.

İstanbul klubu türkiyəli futbolçu üçün “Rubin”ə 350 min avro ödəyib. Törə isə “Beşiktaş”da ilinə 900 min avro qazanacaq. Həmçinin “qara qartallar” Gökhana meydana çıxdığı hər matç üçün 10 min avro da verəcək.

Qeyd edək ki, Gökhan Törə 2012-ci ildən “Rubin”in formasını geyinir. Baş məşqçi Qurban Berdıyev ona yalnız 5 oyunda şans verib.