Millimizin futbolçusunun komandasının ilk rəqibi müəyyənləşdi
11.06.2013 - 20:31
Millimizin futbolçusunun komandasının ilk rəqibi müəyyənləşdi
Millimizin dayaq yarımmüdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Avstriyanın Tirol şəhərinin Kitsbüel qəsəbəsində hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisinin toplanış çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi məlum olub.

Bu, Slovakiya çempionatının ortabab komandası “Zlate-Moravse”dir. Görüş iyunun 14-də baş tutacaq. Bu klub başa çatan ölkə birinciliyini 8-ci yerdə başa vurub.

Qeyd edək ki, baş məşqçi Qurban Berdıyev Abışova millimizin düşərgəsində iştirak etdiyi üçün istirahət verib. Ruslan iyunun 17-dən etibarən Avstriya hazırlıqlarında iştirak edəcək.