Cihan Özkara Hollandiyaya yollanacaq
11.06.2013 - 21:01
Cihan Özkara Hollandiyaya yollanacaq
Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın heyətində çıxış etdiyi “Sivasspor”un hazırlıq proqramı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi iyulun 4-də klubun məşq bazasında bir araya gələrək yeni mövsümün hazırlıqlarına başlayacaq.

Braziliya yığmasının sabiq müdafiəçisi Roberto Karlosu komandanın “sükanı arxası”na gətirən “qırmızı-ağlar” iyulun 4-dən 13-nə qədər hazırlıqlarını Sivasda davam etdirəcək. 2 gün istirahətdə olacaq futbolçular ayın 15-də yenidən toplanacaqlar.

Daha sonra Özkaranın komandası Hollandiyaya yollanacaq. “Sivasspor” bu ölkədə avqustun 2-nə qədər məşq keçəcək. Karlosun yetirmələri Hollandiyadan qayıtdıqdan sonra hazırlıqlarını doğma şəhərlərində davam etdirəcəklər.