“Real”ın müdafiəçisi “Barselona”ya keçmədi
11.06.2013 - 21:42
“Real”ın müdafiəçisi “Barselona”ya keçmədi
“Barselona” “Real”ın müdafiəçisi Rafael Varana elçi düşüb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu fransalı futbolçunu heyətinə qatmaq üçün madridlilərə 30 milyon avro ödəməyə hazırdır.

İspaniyanın “TV3” kanalı iddia edir ki, Varan isə “Barsa”ya keçməkdən imtina edib. O, Madriddə qalmağa üstünlük verib.

Qeyd edək ki, 20 yaşlı oyunçu La Liqada 35 matçda forma geyinib. Rafael bu qarşılaşmaların 2-də rəqib qapısına yol tapmağı bacarıb. Həmçinin Varan göstərdiyi oyunla Fransa milli komandasından da dəvət alıb.