Yupp Haynkes Münhenqladbaxın hörmətli sakini ola bilər
11.06.2013 - 22:06
Yupp Haynkes Münhenqladbaxın hörmətli sakini ola bilər
“Bavariya”nın sabiq baş məqşçisi Yupp Haynkes Münhenqladbaxın hörmətli sakini ola bilər. Apasport.az saytının məlumatına görə, belə təşəbbüslə Almaniyanın “Yaşıl” partiyasının icraiyyə komitəsinin üzvü Karl Zasserat çıxış edib.

Bu məsələyə şəhər parlamenti tərəfindən baxılacaq. Əgər parlamentdə qəbul olunacaqsa, onda 68 yaşlı mütəxəssis Münhenqladbaxın hörmətli sakini olacaq.

Qeyd edək ki, Haynkes 19945-ci ildə Münhenqladbax şəhərində dünyaya gəlib. O, futbol karyerasına da bu şəhərin “Borussiya” (1963-1967) klubunda başlayıb. Daha sonra Yupp 3 mövsüm “Hannover”in (1967-1970) formasını geyinib. Haynkes elə karyerasına da “Borussiya”da (1970-1978) yekun vurub.

Təcrübəli mütəxəssis 2 dəfə (1979-1987, 2006-2007) “Borussiya”nı çalışdırıb. O, münhenqladbaxlıların heyətində 4 dəfə Almaniya çempionu, 1 dəfə də UEFA Kubokunu qazanıb.