Mourinyo: Bir çox çempionatlar xoşuma gəlmir
11.06.2013 - 22:41
“Çelsi” ilə yeni müqavilə imzalayan baş məşqçi Joze Mourinyo İngiltərə və İspaniya çempionatlarını müqayisə edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı “Dumanlı Albion”dan fərqli olaraq, La Liqada yalnız iki komandanın çempionluq uğurunda mübarizə apardığını bildirib.
Mourinyo İspaniyada rəqabətin “Real” və “Barselona” arasında getdiyini vurğulayıb: “İngiltərə futbolun vətənidir. Premyer Liqanın rəqabətə davamlılığında heç bir şübhə yoxdur. Mən komandamın böyük hesabla qalib gəlməyini sevmirəm. Bir çox çempionatlar xoşuma gəlmir. Belə ki, sənin klubun bir mövsümdə 90, 92, 96, 100 xal toplayır və 100, 110, 120 qol vurur. Əgər sən səhv edirsənsə və oyunu uduzursansa, onda səndə böyük xoşagəlməz hadisələr yaranır. Çünki sənin əsas rəqibin məğlub olmur. Biz ötən il “Real”la La Liqada çempion olanda, “Barselona” ikinci yeri tutdu və yüksək xal topladı. Bu isə iki komandanın bir-birini qovması deməkdir”.
Qeyd edək ki, Joze Mourinyo 3 mövsüm “Real”ı (2010-2013) çalışdırıb.

0
0