Xesus Navas rəsmən “Mançester Siti”də! - FOTO
11.06.2013 - 23:00
Xesus Navas rəsmən “Mançester Siti”də! - FOTO
“Sevilya”nın futbolçusu Xesus Navas rəsmən “Mançester Siti”də. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” 27 yaşlı oyunçunun keçidini təsdiq edib.

İspaniyalı yarımmüdafiəçi Nyu-Yorkda tibbi müayinədən keçdikdən sonra “Mançester Siti” ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Xesus Navas 2003-cü ildən “Sevilya”nın heyətində çıxış edir. O, bu illər ərzində 393 matçda forma geyinib. Navas “Sevilya”da iki dəfə İspaniya kubokunu və Superkubokunu, iki dəfə UEFA kubokunu və bir dəfə də Avropa Superkubokunu qazanıb.