Anatoli Stukalov: Azərbaycanda qalacağam
11.06.2013 - 23:38
Anatoli Stukalov: Azərbaycanda qalacağam
“Çətin ki, “Turan”da qalım. Böyük ehtimalla başqa komandaya keçəcəyəm. Amma hara olduğunu hələlik bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”nın müdafiəçisi Anatoli Stukalov deyib.

Qazaxıstanlı futbolçu yerli mətbuata gələcəyi ilə bağlı fikirlərini bildirib: “Yeni mövsümün startına qədər iki aydan çox vaxt var. Yaxın günlərdə hər şey məlum olacaq. Düşünürəm ki, Azərbaycanda qalacağam. Ora mənim çox xoşuma gəlir. İstənilən futbolçu daha da inkişaf etmək, ən yaxşı klublarda oynamaq istəyir. Bunu mən də çox istəyirəm”.