“Milan” kapitanı ilə yollarını ayırır
12.06.2013 - 00:00
“Milan” kapitanı Massimo Ambrozini ilə yollarını ayırır. Apasport.az saytının məlumatına görə, müqaviləsinin müddəti iyunun axırında başa çatacaq olan 36 yaşlı yarımmüdafiəçi ilə “rossonyerlər” yenidən müqavilə uzatmayacaq.
Bu haqda “Milan”ın vitse-prezidenti Adriano Qalliani açıqlama verib. O bildirib ki, komandanın növbəti kapitanı ya qapıçı Kristian Abbyati, ya da yarımmüdafiəçi Rikkardo Montolivo olacaq.
Qeyd edək ki, Ambrozini “Milan”a 1995-ci ildə “Çezena”dan keçib. Massimo bu klubun heyətində 18 il top qovub. Paolo Maldininin futboldan gedişindən sonra isə o, 2009-cu ildən “Milan”ın kapitanıdır.

0
0