Ufuk Budakın baş məşqçisi “Fənərbaxça”ya keçir - FOTO
12.06.2013 - 00:49
Baş məşqçi Aykut Kocamanın istefasından sonra yeni çalışdırıcı axtarışına başlayan “Fənərbaxça” artıq buna son qoyacaq. Apasport.az saytının məlumatına görə, bir müddətdir ki, rəhbərliklə görüşən Ərsun Yanal “sarı bülbüllər”in “sükanı arxasına” keçməyə çox yaxındır.
Belə ki, Azərbaycan milli komandasının müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor”un 51 yaşlı çalışdırıcısı “Bodrum”dakı istirahətini yarımçıq qoyaraq, İstanbula gəlib. Yanal bu gün “Fənər”in prezidenti Əziz Yıldırım və komandanın idarə heyəti ilə bir araya gələcək. Hətta onun “Fənərbaxça” ilə müqavilə imzalaması da gözlənilir.
Qeyd edək ki, Yanal 2011-ci ildən “Əskişəhərspor”u çalışdırır. Ufuk Budakın komandası Ərsunun rəhbərliyi altında başa çatan mövsümü 8-ci pillədə başa vurub.

0
0