Hollandiya Çinə qalib gəldi, İtaliya heç-heçə etdi
12.06.2013 - 02:25
DÇ-2014-ün seçmə mərhələsi ilə yanaşı bir neçə komandalar yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, 5 qarşılaşmada qapılara 10 qol vurulub.
Belə ki, Çində hazırlıqlarını davam etdirən Hollandiya yığması bu ölkənin milli komandası ilə üz-üzə gəlib. Görüşdə “narıncılar” 2:0 hesabı ilə qələbə qazanıb. Hollandiyalıların heyətində 11-ci dəqiqədə Robin van Persi və 66-cı dəqiqədə Uesli Sneyder fərqlənib.
Braziliyanın Rio-de-Janeyro şəhərində isə İtaliya Haiti ilə münasibətlərinə aydınlıq gətirib. Bu matçda “skuadra adzurra” gözlənilmədin rəqibinin müqaviməti ilə üzləşib. Oyun 2:2 hesabı ilə başa çatıb.
Digər görüşlərdə isə Norveç Makedoniyaya qalib gəlib. KXDR Qətərlə, Estoniya Qırğızıstanla heç-heçə edib.
Yoldaşlıq oyunları
11 iyun
Çin – Hollandiya - 0:2
Van Persi, 11, Sneyder, 66
Qətər – KXDR - 0:0
Estoniya – Qırğızıstan – 1:1
Puri, 45 – Hartsenko, 66
Norveç – Makedoniya – 2:0
Skyelbred, 9, Braaten, 79
İtaliya – Haiti – 2:2
Cakkerini, 1, Markizio, 72 - Milen, 85-pen, Peqero, 90+2

0
0