Antonio Kassano “İnter”də qalacaq
12.06.2013 - 03:00
Antonio Kassano “İnter”də qalacaq
“Mən Birləşmiş Ərəb Əmirliklərinə gedirəm? Xeyir, hələ “İnter”də oynamaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının sabiq və “İnter”in hücumçusu Antonio Kassano deyib.

30 yaşlı forvard Milan klubundan ayrılacağı ilə bağlı gəzən söhbətlərə münasibət bildirib.

Kassano hələ “İnter”in uğurları üçün tər tökmək istəyir: “Valter Massarri komandaya başçılıq edəcək. O insan “Sampdoriya”da işləyən zaman məni yaxşı tanıyır və mən də ona hörmət edirəm. Hətta İtaliya milli komandasının baş məşqçisi Çezare Prandellinin mənə dəvət göndərməsini də ümid edirəm. Həmçinin “İnter”in gələcək planlarına daxil olmaq istəyirəm. Bizim əla klub və komandamız var”.

Qeyd edək ki, Antonio 2012-ci ildən “İnter”in formasını geyinir. O, 28 matçda meydana çıxıb və 7 qola imza atıb.