Kolumbiya Perunu məğlub edib, 2-ci pilləyə yüksəldi
12.06.2013 - 03:46
Kolumbiya Perunu məğlub edib, 2-ci pilləyə yüksəldi
2014-cü il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Kolumbiya milli komandası doğma publika önündə Peru yığması ilə münasibətlərinə aydınlıq gətirib.

Görüş 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə nəticələnib. Qarşılaşmada isə əvvəlcə 13-cü dəqiqədə Radamel Falkao penaltidən fərqlənib. İlk hissənin baş çatmasına az bir vaxt qalmış Teofilo Quterres komandasının qalibiyyət qolunu vurub.

Bu qələbədən sonra Kolumbiya xalını 23-ə çatdırıb və turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Aktivində 14 xal olan Peru isə 6-cı yerdədir.

Lider Argentina isə səfərdə Ekvadorla üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir dəfə fərqlənək, meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.


DŞ-2014-ün seçmə mərhələsi
11 iyun

Kolumbiya – Peru - 2:0
Falkao, 13-pen Quterres, 45

Ekvador – Argentina – 1:1
Kastilo, 17 - Aquero, 4-pen