Argentina futbolunda yeni qərar çıxarıldı
12.06.2013 - 04:40
Argentina futbolunda yeni qərar çıxarıldı
“Estudiantes” - “Lanus” matçda baş verən hadisələrdən sonra Argentina Futbol Federasiyası azarkeşlərlə bağlı yeni qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, bu ölkədə oynanılacaq liqa və kubok qarşılaşmalarında heç bir qonaq komandanın fanatları səfərə aparılmayacaq.

Stadiona meydan sahiblərinin azarkeşlərindən başqa heç kəs buraxılmayacaq. Həmçinin Buenos-Ayresdə keçiriləcək matçlarda polisin plastik güllələrdən istifadə edilməsinə də qadağa qoyulub.

Bununla da, belə qərar Argentina futbol tarixində bir ilkə imza atmış olub.

Qeyd edək ki, sözügedən matçda polisin silahından çıxan güllə “Lanus” azarkeşinə dəyib. Daha sonra yaralı şəxsin həyatını xilas etmək mümkün olmayıb.

2000-ci ildən bu yana stadionda çıxan hadisə nəticəsində 70-dən çox azarkeşin həyatına son qoyulub.