Peres: İquain üçün bu məbləğ kifayət qədər deyil
12.06.2013 - 05:05
Peres: İquain üçün bu məbləğ kifayət qədər deyil
“Real”ın prezidenti Florentino Peres komandasının hücumçusu Qonsalo İquainin “Yuventus”a transfer olunacağı il bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun rəhbəri bunları təkzib edib.

O vurğulayıb ki, Turin təmsilçisindən heç kim bizlə danışıqlar aparmayıb: “Əgər “Yuventus” İquain üçün 30 milyon avro təklif etməyə hazırlaşırsa, yaxşı ki, bunu etmirlər. Çünki Qonsalo üçün bu məbləğ kifayət qədər deyil. Nə də ki, onlardan bizə heç kim İquain bağlı müraciət etməyib”.