Avropa çempionu “Vilyarreal”dan gedir
12.06.2013 - 05:37
“Vilyarreal”ın yarımmüdafiəçi Markos Senna komandasını tərk edir. Apasport.az saytının məlumatına görə, 36 yaşlı futbolçu karyerasını daha Avropada davam etdirmək niyyətində deyil.
11 il İspaniya klubunun formasını geyinən Senna növbəti mövsüm ABŞ-da top qovacaq.
Qeyd edək ki, 2002-ci ildən “Vilyarreal”ın şərəfini qoruyan Markos 286 oyunda meydana çıxıb və rəqib qapılarından 25 top keçirib. O, 2006-2008-ci illərdə İspaniya milli komandasının formasını geyinib. Senna Priney təmsilçisi ilə AVRO-2008-in qalibi olub.

0
0