İspaniya millisi İrlandiya yığmasına qalib gəldi
12.06.2013 - 06:41
İspaniya millisi İrlandiya yığmasına qalib gəldi
DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq məqsədi son dünya və Avropa çempionu İspaniya milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, prineylilərin rəqibi İrlandiya yığması olub.

Qarşılaşmada çempionlar 2:0 hesabı ilə qalib gəlib. Görüşün ilk hissəsində hesab açılmayıb. 69-cu dəqiqədə isə Roberto Saldado irlandiyalıları cəzalandırıb. Oyunun başa çatmasına 2 dəqiqə qalmış isə Xuan Mata rəqibi daha bir dəfə mərkəzdən başlamağa məcbur edib.

Qeyd edək ki, İspaniya millisi daha əvvəl Haitini 2:1 hesabı ilə məğlub etmişdi.

Yoldaşlıq oyunu
12 iyun

İspaniya – İrlandiya - 2:0
Saldado, 69, Mata, 88