Yığmamıza qol vuran “Qarabağ”ın rəqibini başsız qoydu
12.06.2013 - 10:05
“Qarabağ”ın Türkiyə hazırlığı zamanı rəqibi olacaq Rusiyanın “Mordoviya” klubu başsız qalıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı baş məşqçi Dorinel Muntyanu gözlənilmədən aşağı dəstəyə düşmüş komandanı Avroliqada çıxış edəcək “Kuban”a dəyişib.
Bunu hələ Krasnodar klubunun rəsmi saytı təsdiqləməsə də, artıq 44 yaşlı Muntyanunun Saransk təmsilçisində çalışmayacağı dəqiqdir. Bu məsələ ilə bağlı “Mordoviya” klubunun direktoru Vladimir Bibikov açıqlama verib. O, Muntyanunun iyunun 11-i səhər köməkçiləri ilə birgə Saransk – Moskva hava reysi ilə klubu tərk etdiyini bildirib: “Onun hərəkətinə indi hansısa şərh vermək çətindir. Biz hesab edirdik ki, məşqçi mövsümün sonunda verdiyi vədə əməl edəcək. İndi isə biz komanda üçün yeni baş məşqçi axtarmalıyıq. Çox ümid edirik ki, iyunun 18-nə - Türkiyə toplanışına yollanana kimi klubda hazırkı məsələyə aydınlıq gələcək. Hələ ki, müvəqqəti olaraq komandaya hazırlıqları əvəzedici komandanın baş məşqçisi Marat Mustafin keçir”.
Qeyd edək ki, Dorinel Muntyanu futbolçu kimi yığmamıza da tanışdır. O, 1999-cu ilin iyunun 9-da Buxarestdə millimizə qarşı oynayıb. Rumınların 4:0 hesabı ilə qalib gəldiyi AÇ-2000-in son seçmə görüşündə Muntyanu yığmamızın qapısından 2-ci topu keçirib.

0
0