Azərbaycan imtina etdi, İsveçrə və Makedoniya dəvət göndərdi
12.06.2013 - 10:50
Türkiyə Superkuboku uğrunda “Qalatasaray” – “Fənərbaxça” matçının Azərbaycanda keçirilməyi planı baş tutmayandan sonra 2 ölkə hərəkətə keçib. Apasport.az saytının məlumatına görə, İsveçrə və Makedoniya avqustun 11-də olacaq matçı ev sahibliyi etməyə hazır olduqlarını bildirib. Onlar bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət edib.
Qurum gələn dəvətləri məmnuniyyətlə qarşılayaraq, nəzərdən keçirdildiyini açıqlayıb. Qərar TFF-nin İdarə Heyəti tərəfindən yaxın günlərdə veriləcək.
Qeyd edək ki, AFFA təqvimin sıxlığı, hazırlığa vaxtın azlığı ilə əlaqədar türkiyəlilərin müraciətini müsbət cavablaya bilməmişdi.

0
0