“Simurq” “Neftçi”dən daha bir oyunçunu icarəyə götürdü - FOTO
12.06.2013 - 13:28
“Simurq” “Neftçi”dən daha bir oyunçunu icarəyə götürdü - FOTO
"Simurq" 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bölgə klubu daha bir gənc futbolçunun keçidini rəsmiləşdirib.

Zaqatala təmsilçisi növbəti mövsümün sonuna qədər "Neftçi"dən Rəşad Əzizlini icarə əsasında heyətinə qatıb. Gənc əlcək sahibi "Simurq"da “94” nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, “Simurq” Rəşaddan əvvəl Orxan Səfiyaroğlunu, Taqim Novruzovu, Tural Axundovu, Rövşən Əmiraslanovu, Məhərrəm Hüseynovu və Salif Ballonu heyətinə qatıb. Maraqlıdır ki, ötən mövsüm “Simurq”da icarə əsasında “Neftçi”yə məxsus olan digər qapıçı - Eyyub Əliyev də çıxış edirdi.