“Qarabağ” sabah ölkəni tərk edəcək
12.06.2013 - 15:00
“Qarabağ” sabah ölkəni tərk edəcək
“Qarabağ” sabah Türkiyəyə gedir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Avroliqaya hazırlaşmaq üçün qardaş ölkəyə yollanacaq komanda iyunun 8-dən başlayan hazırlıqlarının Bakı mərhələsini başa çatdırıb.

Ağdam təmsilçisi sabah səhər Bakı – Ankara reysiylə yola düşəcək. Komanda axşam Qızılcahamamda məşqə çıxacaq. “Qarabağ” Avroliqanın püşkünə qədər Türkiyədə məskunlaşacaq. Püşkə əsasən bölgə klubu ilk oyununu evdə keçirməli olsa iyunun 28-i Bakıya qayıtmağı planlaşdırır. Əks halda, Türkiyədən səfər oyununa yollanılacaq.

Qeyd edək ki, Avroliqanın ilk turunun oyunları iyulun 4-ü və 11-i keçiriləcək.