“Bucaspor”un baş məşqçisi: Mendi sürətli oyunçudur
12.06.2013 - 16:28
“Qəbələ” ilə yeni müqavilə bağlayan Viktor Mendinin yenidən “Bucaspor”a keçməsi gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatı Superliqadan düşən komandanın qışda olduğu kimi seneqallı hücumçu ilə maraqlandığını bildirir.
Belə ki, Doğan Xəbər Agentliyinin xəbərinə görə, 32 yaşlı futbolçunun transferinə baş məşqçi Sait Karafırtınalar razılıq verib və bunun üçün qarşı tərəfə təklif göndərilib. Hətta 46 yaşlı çalışdırıcı Mendinin onlara uyğun futbolçu olduğunu bildirib: “Mendi sürətli oyunçudur. 1-ci dəstədə bizə faydalı olacaq”.
Qeyd edək ki, “Qəbələ” Viktoru 2011-ci ilin yayında məhz “Bucaspor”dan alıb. Afrikalı futbolçu 2010/11 mövsümündə İzmir klubunda 30 oyuna çıxıb və 3 qola imza atıb.

0
0