Lionel Messi və atası məhkəməyə verildi
12.06.2013 - 18:19
Lionel Messi və atası məhkəməyə verildi
“Barselona”nın hücumçusu Lionel Messi və atası Orasio Xorxu Messi məhkəməlik olub. Apasport.az saytının məlumatına görə, argentinalılar vergi ödənişindən boyun qaçırmada ittiham edilirlər.

Belə ki, Barselona şəhərinin vergi məmuru Messi və onun atasının 2007, 2008 və 2009-cu illərdə dövlətə vergi ödəmədiyini iddia edərək, həmin şəxslər haqqında məhkəməyə şikayət edib.

Messi bu 3 il ərzində təxminən 4 milyon avro dəyərində vergidən boyun qaçırıb. Artıq prokuror Rakel Amadonun imza ilə iş Lionelin yaşadığı Barselonanın Qava bələdiyyəsində baxılacaq.