“İnter” kapitan ilə müqavilənin müddətini uzatdı
12.06.2013 - 18:46
“İnter” kapitan ilə müqavilənin müddətini uzatdı
“İnter” kapitanı Xavyer Zanetti ilə yollarına davam edəcək. Apasport.az saytının məlumatına görə, Milan klubu 39 yaşlı futbolçu ilə müqavilənin müddətini 1 il də uzadıb.

Argentina milli komandasının sabiq oyunçusunun müqaviləsi 2014-cü ilin yayında başa çatacaq. Bu zaman isə onun 40 yaşa tamam olacaq. Gözlənilir ki, bu, Zanettinin karyerasında son mövsüm kimi yaddaşlarda qalacaq.

Qeyd edək ki, Xavyer İtaliya A seriyasının XXXIV turu çərçivəsində “Palermo” (1:0) ilə oyunda zədələnərək, cərrahiyyə əməliyyatı olunub. 1995-1996 mövsümündən etibarən “İnter”in şərəfini qoruyan Zanetti daha əvvəl bildirmişdir ki, zədəsini sağaldıb, yenidən yaşıl meydanlara qayıtmaq istəyir.