Kempbell Oqilvi yenidən prezident seçildi
12.06.2013 - 19:31
Kempbell Oqilvi yenidən prezident seçildi
Qlazqoda Şotlandiya Futbol Assosiasiyasının prezident seçkiləri keçirilib. Apasport.az saytının məlumatına görə, federasiyanın baş məclisində Kempbell Oqilvi yenidən prezident seçilib.

O, iki il müddətinə Şotlandiya Futbol Assosiasiyasına başçılıq edəcək.

İlk dəfə Oqilvi 2011-ci ilin iyununda assosiasiyanın rəhbəri olub. Kempbell 27 il “Qlazqo Reyncers”də katib və direktor postlarını tutub. O, burada işlədiyi müddətdə UEFA-da da müxtəlif vəzifələrdə çalışıb. Oqilvi 2005-ci ildə “Harts”ın icraçı direktor olub. O, 2007-ci ildə Şotlandiya Futbol Assosiasiyasının birinci vitse-prezidenti seçilib.