“Lill”in sabiq baş məşqçisi rəsmən “Roma”da!
12.06.2013 - 20:35
“Lill”in sabiq baş məşqçisi rəsmən “Roma”da!
“Roma”nın yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Lill”in sabiq çalışdırıcısı Rudi Qarsiya rəsmən paytaxt klubu ilə anlaşıb.

49 yaşlı mütəxəssis İtaliya təmsilçisinə iki il müddətinə rəhbərlik edəcək. O, “Roma”da ilinə 1,5 milyon avro qazanacaq. Rudi Nyu-Yorkda təlim-məşq toplanışında olan komandaya qoşulacaq.

Qeyd edək ki, Qarsiya 2008-ci ildən “Lill”i çalışdırıb. Rudi Fransa klubuna 2010/2011 mövsümündə həm ölkə çempionluğunu, həm də Fransa kubokunu qazandırıb.