Yozef Blatter Serbiyanın baş naziri ilə görüşdü
12.06.2013 - 21:15
FİFA prezidenti Yozef Blatter Serbiyanı ziyarət edib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri sözügedən ölkənin baş naziri İvitsa Daçiçin qonağı olub.
Daçiçin iqamətgahında həyata keçirilən görüşdə, Blatter nazirə Kosova futbolunun beynəlxalq futbol birliklərinə inteqrasiyası mövzusunda məlumat verib.
Həmçinin o bildirib ki, yaşıl meydanlarda baş verən hadisələr mövzusunda hökumət rəhbərlərinə önəmli məsuliyyətlər düşür. Yozef onların bu mövzuda lazım olan tədbirlərin görülməsinin lazım olduğunu söyləyib.
Daçiç də Serbiya hökumətinin futbolda yaşanan hadisələrin qarşısının alınması üçün bəzi tədbirlər həyata keçirildiyini, bunun müsbət nəticələrinin qısa müddətdə görüləcəyini ifadə edib.
Sonda Blatter 1930-cu ildə dünya çempionatında üçüncü olan Yuqoslaviya milli komandasının formasını Daçiçə hədiyyə edib.

0
0