DÇ-2014-ün startına qədər olan vaxt hesablanır - FOTO
12.06.2013 - 21:38
DÇ-2014-ün startına qədər olan vaxt hesablanır  - FOTO
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının başlanmasına düz 1 il var. Apasport.az saytının məlumatına görə, artıq Cənubi Amerika təmsilçisində mundialın startına qədər vaxtın hesablanmasına başlanılıb.

Belə ki, bu gün Rio-de-Janeyro şəhərində dünya çempionatının vaxtını hesablayan saatın açılışı olub.

Açılış mərasimində Braziliya millisinin əfsanəvi futbolçusu Pele, FİFA-nın birinci katibi Jerom Valke, Braziliya İdman Naziri Aldu Ribelu, “Hublot” şirkətinin prezidenti (saatı istehsal edən) Jan-Klod Biver və Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari iştirak edib.

Qeyd edək ki, dünya çempionatının startı 2014-cü ilin 12 iyun tarixində baş tutacaq. Açılış matçı San-Paulo şəhərində keçiriləcək.