Messinin atası: Vergidən yayınmamışıq
12.06.2013 - 23:01
Messinin atası: Vergidən yayınmamışıq
“Bizə Barselona prokurorluğundan şikayət daxil olanda, mən çox təəccübləndim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Argentina milli komandasının və “Barselona”nın hücumçusu Lionel Messinin atası Orasio Xorxu deyib.

O, adları vergidən boyun qaçırmaqla hallanmalarına və məhkəməlik olmalarına münasibət bildirib: “Çünki həmişə vergiləri ödəmişik. Heç vaxt vergidən nə yayınmamışıq, nə də bunun davamını kəsməmişik. Artıq Leonun hüquqşünasları yaranmış vəziyyət haqqında bilirlər. Biz yaxın vaxtlarda bu işlə məşğul olacağıq”.

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatı iddia edirdi ki, Messi və atası Orasio Xorxu 2007, 2008 və 2009-cu illərdə dövlətə təxminən 4 milyon avro dəyərində vergi ödəmədiyindən məhkəməyə verilib.