Neymar: Braziliyalılar bizimlə fəxr edəcək
13.06.2013 - 00:04
Neymar: Braziliyalılar bizimlə fəxr edəcək
“Mən milli qəhrəmanam? Xeyr, belə hesab etmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya millisinin və “Barselona”nın hücumçusu Neymar deyib.

21 yaşlı futbolçu Konfederasiyalar Kubokunun startından əvvəl yığma komandasındakı diqqətəlayiq oyun göstərə bilməməsini şərh edib: “Futbolda bir gün sən yaxşı çıxış edirsən, bir gün isə pis. Həmişə qapılara dəqiq zərbə vurmaq olmur. Həmçinin küncə lazımlı zərbəni də vurmağa müvəffəq olmursan. Buna görə hər şeydən əvvəl komanda haqqında düşünmək, onun qələbə qazanması üçün oynamaq lazımdır. Biz hər şey edəcəyik ki, braziliyalılar bizim yığmamızla fəxr etsin”.

Qeyd edək ki, Konfederasiyalar Kubokunda Braziliya millisi Meksika, Yaponiya və İtaliya ilə eyni qrupda mübarizə aparacaqlar.