Nigeriya və Malavi xal itirib, işini çətinləşdirdi
13.06.2013 - 02:00
2014-cü il dünya çempionatının seçmə mərhələsinin Afrika zonasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, F qrupunda 2 görüş baş tutub.
Malavi yığması doğma publika önündə Keniya milli komandası ilə üz-üzə gəlib Qarşılaşmada qapılara 4 qol vurulub. Hərəyə 2 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb - 2:2.
Qrup lideri Nigeriya isə səfərdə Namibiyanın qonağı olub. Bu matda da qalib müəyyənləşməyib. Matç 1:1 hesabı ilə başa çatıb.
Bu heç-heçədən sonra Nigeriya xalını 9-a çatdıraraq, liderliyini qoruyub. Malavi isə 5 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Nigeriya və Malavi yığmaları DÇ-2014-ə vəsiqə qazanmaq üçün sentyabrın 6-da qrupda bir-biriləri ilə son oyunlarını keçirəcəklər. Bu matçda qələbə qazanan tərəf Braziliyaya yollanacaq.
DŞ-2014-ün seçmə mərhələsi
F qrupu
12 iyun
Namibiya - Nigeriya - 1:1
Malavi – Keniya - 2:2

0
0