Zlatan İbrahimoviç PSJ-də qalır
13.06.2013 - 02:34
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç komandanı tərk etməyəcək. Apasport.az saytının məlumatına görə, İsveç millisinin üzvünün agenti Mino Rayola bu haqda açıqlama verib.
O bildirib ki, Zlatana bir neçə yerdən yaxşı transfer təklifləri gəlsə də, Paris təmsilçisindən getməyi düşünmür: “İbrahimoviç yenə PSJ-də qalacaq. O, heç bir yerə getmir. Düzdür, ona bir neçə yerdən yaxşı transfer təklifləri gəldi. Lakin Zlatan Paris klubunda qalmağı üstün tutdu. Mətbuatda İbrahimoviç haqda xəbərlər yazılır. Guya ki, o, klubunu dəyişməsi haqqında danışıqlar aparır. İbrahimoviçin azarkeşlərlə, komanda yoldaşları ilə və baş məşqçi ilə yaxşı münasibətləri var. Əgər Ançelotti PSJ-dən gedərsə, hər kəs təəssüflənəcək”.
Qeyd edək ki, daha əvvəl İbrahimoviçin PSJ-ni tərk edəcəyi bildirilmişdi.

0
0