“Milan” Andrea Polini əldə etmək niyyətindədir
13.06.2013 - 03:23
“Milan” Andrea Polini əldə etmək niyyətindədir
Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Milan” heyətini daha da gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, “rossonyerlər” “Sampdoriya”nın yarımmüdafiəçisi Andrea Poli ilə yaxından maraqlanır.

“Milan” 23 yaşlı futbolçu ilə 24 saat ərzində müqavilə imzalaya bilər. Lakin Polinin keçidi və milanlılardan alacağı maaşın dəyəri ilə bağlı məlumat bildirilmir.

Qeyd edək ki, Andrea Poli başa çatan mövsümdə A seriyasının 31 oyununda meydana çıxıb və 4 qola imza atıb.