Robinyo yenidən “Santos”un hədəfində
13.06.2013 - 03:50
“Milan”ın hücumçusu Robinyo yenidən sabiq komandası “Santos”da çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, Braziliya klubu 29 yaşlı oyunçunun keçidini həll edir.
Belə ki, “Santos” bununla bağlı olaraq, “qırmızı-qaralar”a müraciət edib və bir həftə ərzində qarşı tərəfdən cavab gözləyir. Əgər “rossonyerlər” Robinyonun getməsinə icazə verərsə, onda braziliyalı futbolçu 3-cü dəfə “Santos”un formasını geyinəcək.
Qeyd edək ki, Robinyo peşəkar futbol karyerasına “Santos”da (2002-2005, 147 oyun, 61 qol) başlayıb. Daha sonra o, Madrid “Real”ına (2005-2008, 101 oyun, 25 qol) keçib. 3 mövsüm İspaniya təmsilçisinin heyətində top qovduqdan sonra hücumçu “Mançester Siti”yə (2008-2010, 41 oyun, 14 qol) transfer olunub. 2010-cu ildən isə “Milan”ın (88 oyun, 22 qol) şərəfini qoruyur. Lakin həmin ildə Robinyo 6 ay sabiq komandası “Santos”da çıxış edib.

0
0