“Sumqayıt”ın yeni baş məşqçisi: Çətinlikdən qorxmuram - MÜSAHİBƏ
13.06.2013 - 04:36
“Sumqayıt”ın yeni baş məşqçisi Aqil Məmmədov klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, buna qədər köməkçisi olduğu almaniyalı Bernhard Raabın yerinə gətirilən 41 yaşlı çalışdırıcı təyinatı və hədəfləri haqda danışıb.
- İlk öncə, sizi “Sumqayıt”ın baş məşqçisi təyin olunduğunuz üçün təbrik edirik. Müqavilənin müddəti nə qədər nəzərdə tutulub?
- Çox sağ olun. Müqaviləm 1 illikdir.
- Karyeranızı bitirdikdən sonra ilk dəfə baş məşqçi kimi çalışacaqsınız. Bu məsuliyyətli yükün altına girdiyinizə görə çəkinmirsizmi?
- İlk növbədə “Sumqayıt”ın rəhbərliyinə mənə bu vəzifəni təklif etdiklərinə görə təşəkkür edirəm. Futbolçu karyeram ərzində Azərbaycanın ən güclü məşqçiləri ilə çalışmışam. Karyeramı bitirdikdən sonra isə “Sumqayıt”da əvvəlcə əvəzedici komandada Vaqif Paşayevin köməkçisi, daha sonra əsas komandada Bernhard Raabın rəhbərliyi altında işləmişəm. Həm futbolçu olduğum dönəmdə, həm də son dövrlərdə almaniyalı mütəxəssislə işlədiyim zaman ondan çox şeylər öyrənmişəm. Mənə bəslənən ümidləri doğrultmağa çalışacağam. Çətinlikdən qorxmuram.
- Hazırda səninlə çiyin-çiyinə oynayan futbolçulara indi məşqçi kimi göstəriş və tapşırıqlarını verəcəksiniz. Bunu etmək sizin üçün çətin olmayacaqmı?
- “Sumqayıt” klubu bir ailədir. Olduqca mehriban kollektivimiz var. İki mövsüm ərzində bu ailədə bir dəfə də olsun xoşagəlməz hadisə ilə qarşılaşmamışam. Xeyr, çətinlik çəkəcəyimi heç düşünmürəm.
- Baş məşqçi olaraq klubda daha hansı işləri görəcəksiniz?
- Bildiyiniz kimi, Sumqayıtda futbolun inkişafı üçün bazanın inşası yekunlaşmaq üzrədir. Sumqayıt İdman Mərkəzinin sayəsində bu şəhərdən böyük futbolçular çıxacaq. Fürsətdən istifadə edib, bu bazanın tikilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm. “Sumqayıt”ın özünün strategiyası var. Biz klub olaraq, daha çox gənclərə üstünlük veririk və milli komandalar üçün futbolçular yetişdiririk. Baş məşqçi təyin olunsam da, əvvəlki kimi uşaq komandalarında seleksiya işlərinə nəzarət edəcəyəm.
- Köməkçiləriniz kimlər olacaq?
- Yaxın günlərdə bu haqda məlumat verəcəyik.
- Artıq “Sumqayıt” 3 futbolçu – Anar Nəzirov, Vüqar Əsgərov və Vurğun Hüseynovla müqavilə imzalayıb...
- “Sumqayıt”da transferlər texniki heyətin təşəbbüsü ilə icra olunur. Əlbəttə, hər üç futbolçunun transferi zamanı geniş fikir mübadiləsi aparılıb. Hər üç futbolçu komandaya xeyir verəcək. Qeyd edim ki, transferlərimiz bununla bitməyəcək. Yaxın günlərdə həm təcrübəli futbolçuları, həm də gələcək vəd edən gəncləri heyətə cəlb edəcəyik.
- Növbəti mövsüm üçün iş planınız varmı?
- Qərar anidən verildiyi üçün hazırlıq görə bilməmişəm. Amma yaxın günlərdə iş planımı hazırlayacağam. Qaldı ki, komandada qalacaq və kollektivi tərk edəcək futbolçuların məsələsinə, yaxın günlərdə hər şey məlum olacaq.
- Sonda “Sumqayıt”ın azarkeşlərinə nə demək istərdiniz...
- Sumqayıt azarkeşləri hər zaman özlərindən sözün əsl mənasında söz etdirməyi bacarıb. Sevincli və ağır günlərimizdə daim yanımızda olan fanatlarımıza təşəkkür edirəm. Bizim komanda olaraq dəstəyə ehtiyacımız böyükdür.

0
0