“Mənim üçün Mourinyo xüsusi məşqçidir”
13.06.2013 - 05:05
“Mənim üçün Mourinyo xüsusi məşqçidir”
“Mənim üçün Joze xüsusi məşqçidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Monako”nun yeni müdafiəçisi Rikardo Karvalyo deyib.

Portuqaliya milli komandasının sabiq futbolçusu Joze Mourinyonun “Çelsi”yə yeni baş məşqçi təyin olunmasını şərh edib: “Mən “Real”a onun vasitəsilə keçdim. Düşünürəm ki, Mourinyonun “Çelsi”yə keçidi, onun üçün çox önəmli oldu. Joze yenidən London klubunda xoşbəxtlik qazandı. İşlədiyi hər yerdə komandası həmişə müəyyən nəticəyə çatdı - “Porto”, “Çelsi”, “İnter” və “Real”. Çox şadam ki, mən bir neçə klubda onun rəhbərliyi altında axıra qədər oynadım”.

Qeyd edək ki, Karvalyo (2004-2010) “Çelsi” və “Real”da (2010-2013) Joze Mourinyonun rəhbərliyi altında çıxış edib. Hazırda isə Rikardo azad agent kimi Madrid klubunu tərk edərək, “Monako”ya keçib.