Beyl “Real”a, Ronaldo “Mançester Yunayted”ə keçir
13.06.2013 - 05:38
Beyl “Real”a, Ronaldo “Mançester Yunayted”ə keçir
“Real”dan ayrılması gündəmə gələn hücumçu Kriştianu Ronaldo üçün ən böyük namizədlərdən biri “Mançester Yunayted”dir. Apasport.az saytının məlumatına görə, “qırmız şeytanlar”ın yen baş məşqçisi Devid Moyesin də ən çox sərəncamında görmək istədiyi futbolçulardan olan portuqaliyalı oyunçunun transferi “Tottenhem”in yarımmüdafiəçisi Qaret Beylə bağlıdır.

Britaniya mətbuatı iddia edir ki, “Kral klubu” Uels milli komandasının üzvünün keçidini həll etdiyi təqdirdə, Ronaldonun getməsinə icazə verəcək. Beyl “Real”a getsə, “Mançester Yunayted” Kriştianu üçün madridlilərə 65 milyon funt-sterlinq dəyərində bir təklif edəcək.